Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
16 Dekabr , 2015

 

 Osman Sarıvəlli (əsl adı Osman Abdulla oğlu Qurbanov;17 dekabr 1905 — 3 iyul 1990) — Azərbaycan şairi, 1937-ci ildənAzərbaycan Yazıçılar İttifaqının üzvü.

 

Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926-1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929-1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji texnikumunda müəllim (1932-1935), Bakı Teatr texnikumunda müdir (1939-1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"ninredaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir.

1990-cı il iyulun 3-də Bakıda vəfat etmiş və doğma kəndində dəfn edilmişdir.

Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-ci ildə başlamışdır. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur.

  •  

    Dəmir sətirlərim (1934)
  •  

    Bənövşə (1940)

  • Şairin hədiyyəsi (1943)

  • Gətir, oğlum, gətir (1943)
  • Bahar çiçəkləri (1949)

  • Yeni dünyanın qapısı (1950)

  • İqlimdən-iqlimə (1963)

  • Sabahı yaradanlar (1970)

  • Seçilmiş əsərləri (üç cilddə) (1971-1975)

  • Hər kim yüz il yaşamasa (1976)

  • Mən sabaha gedirəm (1979)

  • Kür qırağında (1987)