Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Təqvimdə bu gün
18 Aprel , 2016

Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakı şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra APİ-nin tarix fakültəsində təhsil almışdır (1954-1959). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır (1959-1960). Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi (1960-1961),M.F.Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri (1961 – 1964), "Ulduz" jurnalı redaksiyasında (1964-1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri (1968-1978), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978) işləmişdir. Sonra yaradıcılıqla məşğul olmuşdur. Lope de Veqanın "Hiyləgər məşuqə" pyesini tərcümə etmişdir. A.T. Tvardovskinin "Yaddaşın hökmü" poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür (1988).

1991-ci il aprelin 18-də vəfat etmiş, Bakının Əmircan kəndində dəfn olunmuşdur.

  1. Ana təbəssümü. Bakı: Uşaqgəncnəşr, 1961.
  2. Mənim şair xalqım. Bakı: Azərnəşr, 1963.
  3. Sizi düşünürəm. Bakı: Uşaqgəncnəşr, 1964.
  4. Azərbaycan dünya gəzir. Bakı: Azərnəşr, 1965.
  5. İnamım, əqidəm. Bakı: Azərnəşr, 1969.