Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Ekologiya
23 May , 2016

Mayın 23-ü  Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı isə Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixli sərəncamı ilə təsis olunub.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi Nazirliyin qarşısında duran başlıca məsələlərdir.

...Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, respublikamızda ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir. "...ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planına əsasən də genişmiqyaslı işlər həyata keçirilib. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.

Prezident İlham Əliyevin 2010-cu ili ekologiya elan etməsi bu sahəyə diqqəti daha da artırılıb. Ekologiya ili çərçivəsində bütün ölkə ərazisində böyük yaşıllaşdırma işləri aparılıb. İndiyədək 6 milyona yaxın ağac əkilib.

...Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti də böyük razılıqla qarşılanır və hər kəsi səfərbər edir. Fondun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” devizinə bütün ölkə vətəndaşları qoşulub.

Bu gün Azərbaycan ekoloqları öz peşə bayramlarını uğurları ilə qeyd edirlər. Bayram ərəfəsində Dövlət başçısının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşını təltif etməsi isə onların əməyinə verilən yüksək dəyərin nümunəsidir.