Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Haqqımızda
17 İyun , 2016

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Bakı Şəhər İcra Hakimiyyətinin 24 yanvar 2011-ci il tarixli 40№-li sərəncamına və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 27 yanvar 2011-ci il tarixli 04№-li əmrinə əsasən Xəzər rayonunda yerləşən kitabxanaların bazasında yaradılmışdır.

Xəzər rayon MKS-i özündə 7 filialı və Mərkəzi Kitabxananı birləşdirir:

 Mərkəzi kitabxana -M.Müşfiq adına  Binə qəsəbə  kitabxanası

Direktor:Quliyeva Vəfa Ramiz qızı

Əlaqə telefonu:456-34-86   email:xezermks@bk.ru

İndex AZ 1045    

 1 saylı  filial - Mərdəkan Mərkəzi kitabxanası

    1947-ci ildə Mərdəkan Mərkəzi kitabxanası yaradılmışdır.  2005-ci ilin oktyabrından  Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi döngə 2 bina 6-da yerləşir. Binanın ümumi sahəsi 400 kv.m-dir.2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı şəkildə  təmir olunmuşdur və elə həmin ildə istifadəyə verilmişdir.Binanın açılışında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir.Müdir:Abdullayeva Ofelya Ağaqulu qızı    Email: xezermks.filial1@mail.ru

 Əlaqə telefonu:454-61-28   

2 saylı filial - Pirallahı qəsəbə kütləvi kitabxanası

Pirallahı kütləvi kitabxanasının əsası 1930-cu ildə qoyulmuşdur.Fəaliyyət göstərdiyi illər ərzində kitabxana bir neçə dəfə yerini dəyişmişdir.1975-ci ildə isə qəsəbədə yeni tikilmiş yaşayış binasının  birinci mərtəbəsinə köçürlmüşdur. 

Müdir:İsmayılova Xavər Tahir qızı

Əlaqə telefonu 457-09-18 

 Email: kitabxana2000@mail.ru

 3 saylı  filial -M.Əzizbəyov adına  Buzovna kütləvi kitabxanası

Buzovna qəsəbəsi R.Axundov küçəsində 111-də yerləşir.Kitabxana 1926-ci ildən fəaliyyət göstərir.

Binanın ümumi sahəsi 400 kv.m-dir.2007-ci ildə Mədəniyyər və Turizm Nazirliyinin dəstəyi ilə təmir olunmuşdur. 2011-ci il 5 yanvar tarixindən Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialı kimi fəaliyyət göstərir.

Müdir:Xudaverdiyeva Ülviyyə Ağadayı qızı

Əlaqə telefonu 453-08-20

  4saylı  filial - Zirə qəsəbə kütləvi  kitabxanası

Kitabxana Xəzər rayonu, Zirə Mədəniyyət Evində yerləşir.1956-cı ildən fəaliyyətə başlamışdır. Sahəsi 200 kv.m-dir. 2011-ci il 5 yanvar tarixindən Xəzər rayon  Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin  4 saylı filialı kimi fəaliyyət göstərir. 

Müdir:BabayevaValidə Nadir qızı

 5 saylı filial -Türkan qəsəbə  kütləvi kitabxanası

 Kitabxana Türkan qəsəbəsi, M.Maqomayev 25 ünvanında yerləşir.Ümumi sahəsi 120 kv.m-dir.Əsaslı şəkildə təmirə ehtiyacı var. 2011-ci il 5 yanvar tarixindən Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı filialı kimi fəaliyyət göstərir. Kitabxana 1969-cu ildə fəaliyyətə başlayıb.

  Müdiri:Pirməmmədova Lalə Dərdayıl qızı

Əlaqə telefonu-459-58-87

 6 saylı filial -Qala qəsəbə kütləvi  kitabxanası

Qala qəsəbəsi,Sülh küçəsi 12 ünvanında yerləşir. 3 otaq,1 zaldan ibarət olan binanın daxildən sahəsi 72 kv.m-dir. Bina 1970-ci ilədək qədim yaşayış evi olub.Sonradan qəsəbə kitabxanası burada fəaliyyət göstərməyə başlayıb.Bina 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsaslı şəkildə təmir olunmuşdur. 2011-ci il 5 yanvar tarixindən Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı filialı kimi fəaliyyət göstərir. 

Müdiri:Nəsirova Samirə Əhmədağa qızı

Əlaqə telefonu:459-16-89  Email:kitabhanalar@mail.ru>

 7  saylı filial -C.Cabbarlı adına Şüvəlan qəsəbə kitabxanası

Şüvəlan Mədəniyyət Sarayının binasında yerləşir.Kitabxana 1944-cü ildə fəaliyyətə başlamışdır. 2008-ci ildən Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı şəkildə  təmir olunmuşdur və elə həmin ildə istifadəyə verilmişdir.Binanın açılışında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir.2011-ci il 5 yanvar tarixindən Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı filialı kimi fəaliyyət göstərir 

Müdiri :Babayeva Tamilla Əlican qızı

Əlaqə telefonu-459-66-73