Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
3 Oktyabr , 2016

Xalq şairi Qabilin anadan olmasının 90 illiyinə həsr olunmuş şeir müsabiqəsinin seçim turu keçirilib  Oktyabrın 3-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində xalq şairi Qabil İmamverdiyevin (Qabil) anadan olmasının 90 illiyinə həsr olunmuş şeir müsabiqəsinin seçim turu keçirilib.  Müsabiqə mütaliənin təbliği və onların bilik dairəsinin genişləndirilməsi, kitabxanalara ictimai marağın artırılması, həmçinin istedadlı uşaqların aşkarlanması, uşaq və gənclərdə Azərbaycan ədəbiyyatına marağın artırılması məqsədilə həyata keçirilir. Müsabiqədə Xəzər rayon Binə qəsəbəsində 326 saylı tam orta məktəbin və Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyanın şagirdləri iştirak etdilər..Münsiflər heyəti Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmara Məcidova,Binə Mədəniyyət Mərkəzinin direktoru Gülxanım Abbasova  və abonement bölməsinin müdiri Süsən Salmanova şagirdlərin çıxışlarını 10 ballıq sistemlə qiymətləndiriblər.