Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
20 Yanvar Faciəsi
2 Dekabr , 2016

2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 223 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkmişdir. Yusif Əliyev 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxır. Silahlı ermən quldurları BuzluqMənəşliErkəçkəndləri tərəfdən basqınlar edirdilər. Lakin 24 fevralda Mənəşli kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşdülər. 1991-ci il 14 sentyabrda düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin ölümü bahasına başa gəlir. Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir. Qobustan qəsəbəsindəki 195 saylı tam orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur. Yusif Əliyev haqqında “Yaddaş” studiyasında “Vətənə bağışlanan həyat” adlı sənədli film çəkilmişdir. 2015-ci ildə Qobustan qəsəbəsindəki Aşıq Rza adına Mədəniyyət evində filmin təqdimatı olmuşdur.