Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
18 Yanvar , 2017

Afaq xanım 1947-ci il yanvar ayının 18-də Bakıda anadan olub. Uşaqlığı müharibədən sonrakı çətin illərə təsadüf edib. Kiçik Afaq elə uşaqlıqdan eşitdiyi musiqiləri dodaqaltı zümzümə edir, rəqs etməyi sevirdi. Qızlarının rəqsə hədsiz marağını görən valideynləri onu Bakı Xoreoqrafiya Məktəbinə təyin edirlər.

Leyla Vəkilovadan dərs alan gənc xanım istedadı sayəsində xalq artisti adına qədər yüksəlir.

Afaq Süleyman qızı 1963-1974–cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1974–cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və məşqçi pedaqoqudur. Azərbaycan xalq rəqslərinin ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir.

Bir sıra xarici ölkədə (TürkiyəMƏRPolşaFransaİngiltərəKanadaPortuqaliyaAlmaniyaİspaniya və s.) çıxış etmişdir.

1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışır.