Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
18 Yanvar , 2017
1990- cı il 20 Yanvar Azərbaycan xalqının tarixinə ən faciəli gün kimi daxil olmuşdur. Yanvarın 19-dan  20-nə keçən gecə, qanlı şənbə tarixinin yeni səhifəsinə yazıldı. Əsl faciə, insan ağlına sığışmayan qanlı gün də həmin gecə başladı. O, gecə neçə-neçə mərd oğul və qızlarımız xalqımızın xoşbəxtliyi, torpaqlarımızın bütövlüyü və əmin-amanlığı yolunda öz sinələrini düşmən güllələrinə sipər edib, şəhid oldular. Dağüstü parkda məzarlara qoyulub sıralandılar, heykəlləşdilər və əbədiyyətə qovuşdular. 18.01.2017-cı il il tarixində MKS-in 1 saylı  filialında 20 yanvar faciəsinə  həsr olunmuş "Sizə baş əyirik vətən şəhidləri" adlı dəyirmi masa, “Qərənfilə dəyən güllə” başlığı altında sərgi  təşkil olundu. Tədbirdə 181, 156 saylı məktəb və  S.Rüstəm adına XDT orta tipli  gimnaziyanın şagirdləri iştirak etdilər. Gənc  yazıçı Usubov  Elçin 20 yanvarla  əlaqədar  çıxış  etdi.