Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
19 Yanvar , 2017
Yanvarın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xəzər rayon MKS-nin 3 saylı filialında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Tarixin qan yaddaşı” adlı tədbir keçirilib.Tədbirdə 125 saylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Sonra 20 Yanvar gecəsi haqqında söhbətlər edilib. Bildirilib ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

Sonda şagirdlər şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.