Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
24 Yanvar , 2017

Filosof şair,məşhur dramaturq Hüseyin Abdula oğlu Rasizadə (1882-1941) Azərbaycan ədəbiyyatı tarixində olduqca əhəmiyyətli yer tutur. Azərbaycanın klassik yazıçısı Hüseyn Cavid sənətdə heç kimə bənzəməyən, orijinal bir yaradıcılıq yolu keçmiş və özünün ölməz əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirimiş və inkişaf ədəbiyyatını inkişaf etdirilmişdir.

Hüseyn Cavidin ədəbi-bədii,fəlsəfi yaradıcılığa estetik görüşləri,ümumiyyətlə sənəti şairin cox əzəmətli,son dərəcə qüdrətli bir sənətkar olduğunu təsdiqləyir.”Xəyal içində bəşər,daim səadət arar” deyən şair bəşəriyyətin mənəvi fikir həyatı,real və ideal yaşayış arzuları ilə bağlı olan məsələlərlə ələqədar yaradıcılığının əvvəlindən sonuna qədər daima axtarışlar aparmışdır.Görkəmli ədəbiyyatşünas Məsud Əli oğlu demişkən “bu axtarışlar fikir,mənəviyyat, insanların  qəlb həyatı,yeni bədii formalar ətrafında getmişdir”.İlk qələm  təcrübələrindən,fəlsəfi-lerik şerlərdən başlayaraq, Cavid axtarıcı sənətkar olaraq bu cür əsrarlı suallar qarşısında heyrət edən görürük: nə ücün real aləmlə ideal olan aləm arasında keçilməz sədlər yaradılmışdır? Real həyatda xoşbəxt olmaq mümkün deyildirmi? Xəyallar ardınca gedikcə bəşəriyyət nakam yol tapacaqdırmı? İnsan öz fikrində yasadığı və arzularında canlandırdığı təmiz, gözəl həyat inamında aldanmırmı? Hiss olunurki müəllif bu sualların bir coxunu həll etməkdə acizdir,bir qismi haqqındakı fikirləri  dumanlı və qarışıqdır.Nisbətən real şəkildə, həm də doğru həll etdiyi sualların  çoxu da insanların xisləti,təbii istəkləri və hisslərinin düzgün tərbiyə edilməsi fikirləri ilə ələqədardır.

XX  əsrin ən romantizmi hesab olunan Hüseyin Cavid “Şeyx Sənan”, “İblis”,Topal Teymur”, “Peyğəmbər”, Xəyyam”,”Səyavuş”kimi dramları, “Azər” poeması,bütöv bir silsilə təşkil edən lirik-fəlsəfi şerləri ilə və onların dəfələrlə nəşir ilə Azərbaycan kitab məhsulunu da zənginləşdirmiş və inkişaf etdirilmişdir.

Hüseyn Cavidin ilk şeiri  “Şərqi-Rus”da 1904-cü ildə dərc edilmişdir. Ümumiyyətlə,şairin əsərləri 1904-cü ildən “Şərqi-Rus”, “İrşad”,  “Məktəb”, “Yeni İrşad” və s qəzet və jurnallarda dərc edilmişdir. 1904-1920-ci ilə qədər şairin dövri mətbuatda 55-dən çox şeiri dərc olnmuşdur. H.Cavid ədəbiyyat aləminə  şerlər məcmuəsi dərc edilmişdir. Elə həmin 1913-cü ildən çap edilmişdir. Belə ki, şairin 1920-cu ildən yazdığı “ Ana” pyesi ayrıca kitab şəkilində 1913-cü ildə Tiflisdə “Gürcü şirkət”  mətbəəsində çap olunmuşdur.Elə həmin 1913-cü ildə şairin “Keçmiş Günlər” adlı şeirlər məcmuəsi dərc edilmişdir.Bu şairin kitab halında nəşir edilmiş ikinci kitabdır.Bu kitabda Hüseyin Cavidin 1905-1913-cü illərdə yazdığı lirik romantik, ictimai məzmunlu əsərləri toplanmışdır.

Görkəmli drmaturqun 1905-1917-ci illər arasında yazdığı əsərləri “Bahar şəbnəmləri”adlı poetik topluda öz əksini tapmışdır.Bu şeirlər hissə-hissə “İqbal” qəzetində dərc edilmişdir.H.Cavidin 1924-cüildə “İblis”əsəri 108 səhifə,”Şeyda”1925-ci ildə Azərnəşr” tərəfindən 71 səhifə həcmində,elə həmin ildə “Bakı fəhləsi” kooperativ nəşriyyatda 62 səhfə həcmində çap edilmişdir.Hüseyn Cavid əsərləri 1920-1930-cu illərdə əsasən Azərbaycan Dövlət Nəşriyyatında  çap olunmuşdur.Məsələn,görkəmli şairin 1926-cı ildə”Əsərləri”274 səhifə həcmində “Azərnəşr”də çap edilmişdir.Burada şairin “Şex Sənan”,”Topal Teymur”, ”Uçurum”,pyesləri toplanmışdır. Bu şairin ilk iri həcmli nəşri idi.Təkcə 1926-cı ildə Hüseyn Cavidin üç dram əsəri: “Peyğəmbər”147 səhifə həcmində,”Şeyx Sənan” 123 səhfə həcmində,Uçurum” 70 səhfə həcmində ayrıca kitab halında ,Azər-nəşir də nəşir edilmişdir.Görkəmli drmaturqun “Səyavuş” əsəri  1934-cu ildə “Azərnəşr”də 150 səhifə həcmində çapdan buraxılıb.Ədəbiyyat aləminə şeirlə gəlmiş və bütün ömrü boyu  poetik yaradıcılıqla məşğul olan şairin bütün ədəbi irsi oxucuların və teatr ictimaiyyəti tərəfindən də yüksək dəyərləndirilmişdir. Hələ 1906-1908-cı illərdə İstanbul Universitetinin ədəbiyyat bölümündə təhsil aldığı zaman Türkiyə mətbuatında şeirləri dərc olunan Hüseyn Cavid qardaş ölkənin ədəbi mühitində də tanımış “Vərəmli qız” adlı şeiri İstanbulda keçirilən müsabiqədə mükafata laiq görülmüşdür.Hüseyn Cavidin əsərlərinin belə yüksək qiymətləndirilməsini bir necə səbəblə izah edə bilərik: Əvvala,Cavidin əsərlərinin lirik-fəlsəfi məzmununun və mahiyyətinin bəşəri və milli ideyalarla zəngin olması.

İkincisi,şairin poeziyasındakı romantika ilə realizmin dialektiv vəhdəti.

Üçüncüsü,əsərlərinin mövzu və məzmununda saf insan duyğularının tərənnümü,insanların zülm və  müsibət  gətirən şər qüvvələrə və insanları zülmət və cəhalətdə saxlayan riyakarlara qarşı mübarizənin əsas yer tması.

Bütün yaradıcılığı boyu xeyirlə şəri  qarşılaşdıran və umumi bəşəri xeyirin qələbəsinə  öz sənətkarlıq töhfəsini verən Cavid bədii sözün,şairanə fikrin çox incə mənalı və rəngarəng  xüsusiyyətlərindən məharətlə istfadə etdiyinə görədi ki,əsərləri oxucular tərəfindən rəğbətlə qarşılanmış və sevilmişdir.

 Bu səbəblərdədəndir ki H.Cavid Azərbaycan ədəbiyyatında orjinal və təkrarolunmaz  bir şair, mütəfəkkir və dramaturq kimin tanımış,sevilmiş və məhşurlaşmışdır.

Hüseyn Cavid ayrı-ayrı əsərlərini kitabça şəkilində nəşr ilk dəfə 1913-cü ildə “Gürcü şirkət” mətbəəsi Tiflisdə həyata keçirmişdir. Bu 46 səhifə həcmində olan  “Ana” əsəridir.Klassik Azərbaycan yazıçısı Hüseyn Cavid ikinci kitabça şəkilində əsəri yenə də Tiflisdə 1913-cü ildə “Keçmiş günlər: şeirlər məcmuəsi adı ilə  Şərq mətbəsində 24 səhifə həcmində çap edilmişdir. Akademik M.Cəfərin Hüseyn Cavidin 1958-ci ildə “Azərnəşr” də çap edilmiş “Seçilmiş əsərləri”nə yazdığı giriş məqaləsində oxuyuruq:”1920-ci ilədək Cavid 15 il müddətində yazdığı əsərlərdən ancaq iki kiçik şeir məcmuəsi, “Ana”, bir də “Maral” dramını ayrıca kitab şəklində nəşr etdirə bilmişdir” Şairin külliyyatının “Seçilmiş əsərlər” şəkilndə buraxılışı ilk dəfə 1958-ci ildəhəyata keçirilmişdir. Bu şairin əsərlərinin nəşr  sahəsində ən önəmli mədəni hadisə kimi qiymətləndirilə bilər.660 səhifə həcmində olan bu “Seçilmiş əsərlər” “Azərnəşr”də çap edilib.Görkəmli ədəbiyyatşünas, akademik Məmməd Cəfər tərəfindən “Seçilmiş əsərlər”ə  “Hüseyin Cavid” adlı giriş məqaləsi yazılmışdır. Burada M.Cəfər Hüseyin Cavidin  ədəbi yaradıcılığını əsaslı,elmi şəkildə təhlil edilmiş,onun Azərbaycan ədəbiyyatındakı mövqeyi düzgün qiymətləndirmişdir. Akademik M.Cəfər yazır: Azərbatcan ədəbiyyatı tarixində görkəmli şair-dramaturq kimi tanımış, “Şeyx Sənan” “Xəyyam”,”İblis”, “Səyavuş” kimi dəyərli səhnə əsərlərinin və bir cox lirik-epik şerlərin müəlifi olan Hüseyin Cavid ədəbi  fəaliyyətə XX əsr Azərbaycan romantizminin nümayəndələrindən biri kimi başlamış və 1920-ci ilə qədər bu ədəbi cərəyanın ən istedadlı yaradıcılarından biri olmuşdur”.

.

Bir cox lirik şeirləri əhatə edən “Keçmiş günləri”,Bahar şəbnəmləri” adlı şer məcmuələrində toplanmış əsərlərini çoxu,bir pərdəli “Ana dramı, dörd pərdəli “Maral” və məşhur “Şeyx Sənan” faciəsi Cavid yaradıcılığının birinci dövrünün əsas ədəbi məhsuludur.Birinci dünyü müharibəsi illərində Cavid yaradıcılığının ikinci dövrü başlayır.Hüseyn Cavidin secilmiş əsərlərində pyeslər:  “Ana”, ”Maral”,  “Şex Sənan”, “İblis”  “Kecmiş günlər” məcmuəsinə daxil olan,əsərlər: “Bakıda”, “Yadi mazi”,Otuz yaşında”, “Gecəydi”,” Bir rəsm qarşısında”, Elm bəşər”,”Qadın”, “Bahar şəbnəmləri”,  məcmuəsinə daxil olan əsərlər: “Dəniz tamaşası” “Şeyx Sənan” , “Rəqs”,”Hər yer səfalı,nəşəli”,”Çəkinmə,gül”, Sevinmə,gülmə quzum”,”Xuraman-xuraman”, “Uyuyur”, “Görmədim” və s 29 əsəri: “Azər”dən parçalar sistemləşdirilmişdir.

“Seçilmiş əsərlər” dən istfadəni asanlaşdırmaq və mütaliəyə kömək etmək məqsədilə “Qeydlər” və Lüğət” nəşrə daxil edilmişdir. Məs, “Qeydlər” də “Ana” pyesi haqqında aşağıdaki məlumatlar verilir: “Hüseyn Cavid 1910-cu ildə yazdğı bu pyeslə dramaturgiya fəaliyyətinə başlamışdır.Pyes ikl dəfə 1913 cü ildə tiflisdə “Gürcü şirkəti” mətbəəsində nəşr edilmişdir.

Göründüyü kimi “Qeyidlər”də verilən məlumatların əsərlərin yazılma,nəşr olunma və pyeslərin tamaşaya qoyulma tarixlərini öyrənilməsi böyük əhəmiyyət vardır Hüseyn Cavidin “Secimiş əsərləri” (1958) M.Seyidzadə və İ.Soltanın redaktəsi ilə çap edilmişdir.Bu nəşrin rəssamı H.Kazımov, bədii redaktoru isə M. Aslanov olmuşdur.

20000 nüsxə ilə çap olunmuş “Seçilmiş əsərlər” öz bədii tərtibatı və poliqrafik icrası baxımdan da diqqətəlayiqdir.