Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
11 Aprel , 2017
1962-ci il aprel ayının 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Kitabxana İşçilərinin I Qurultayı ke- çirilmişdir. Qurultayda Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri M.Qazıyev, Azərbaycanın görkəmli kitabxanaşünas-biblioqraf alimlərindən A.A.Xələvof, Ə.Xələfov və respublikanın digər tanınmış kitabxanaçıları iştirak etmişlər. Qurultayın gündəliyində “Sov.İKP-nın XXII qurultayının qərarları ilə əlaqədar olaraq Azərbaycan kitabxana işçilərinin vəzifələri haqqında” mövzusu dururdu. Qurultayda kitabxanaların işini daha da yaxşılaşdırmaq, müasir insanın hərtərəfli tərbiyə olunmasında kitabxanaların rolunu yüksəltmək üçün yollar müzakirə olunmuşdur. Qurultay Azərbaycan KP MK-nın Təbliğat və təşviqat şöbəsinin müdiri M.Qazıyevin nitqi ilə açılmışdı. M.Qazıyev öz çıxışında respublika kitabxanalarının Sov. İKP MK-nın “Ölkədə kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” qərarını yerinə yetirdiyini və zəhmətkeşlərin mənəvi tərbiyəsi sahəsində xeyli iş görüldüyü barədə danışmış, eləcə də kitabxanaların iş səviyyəsi xeyli yüksəldiyini, oxucuların sayının artdığını, kitabxanaların maddi-texniki bazasının möhkəmlənmdiyini qeyd etmişdir. Digər çıxışçı - Azərbaycan SSR Mədəniyyət naziri A.Bayramov “Partiyanın XXII qurultayının qərarları ilə əlaqədar olaraq Respublika kitabxana işçilərinin vəzifələri haqqında” adlı məruzə etmiş- dir. Məruzəçi Azərbaycanda kitabxanaçılığın xeyli inkişaf etdiyinə dair parlaq misallar gətirmişdir. O, qeyd etmişdir ki, Sovet hakimiyyəti illərində respublikada həyata keçirilmiş mədəni inqilabın gözəl təzahürlərindən biri də, əhalinin hər yüz nəfəri hesabına kitabxanalarda olan kitabların sayına görə respublikamız nəinki qonşuluqdakı Türkiyəni, hətta bir sıra Qərb ölkələrini də ötüb keçmişdir. Qurultay yeni insan tərbiyəsi uğrunda fəal mübarizə aparan kitabxana işçilərinin tərkibini yaxşılaşdırmaq məsələsinə də diqqəti cəlb etmiş- dir. Naxçıvan MSSR Mədəniyyət naziri Z.Əliyev, Respublika Elmlər Akademiyası Əsas Kitabxanasının direktoru N.Axundov, Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq və biblioqrafiya fakültəsinin müəllimi Ə.Xələfov qeyd etmışlər ki, kitabxanaçı kadrların hazırlanması işini genişləndirmək və yaxşılaşdırmaq qarşıda duran labüd vəzifədir. Qurultayda bir çox mühüm vəzifələrin yerinə yetirilməsi haqqında danışılmışdır. Nümayəndələr yekdilliklə bildirmişdirlər ki, kitabxana vasitəsilə hər bir ailəyə kitab çatdırılmasını təmin etmək üçün respublikamızda kifayət qədər kitabxana və kitab fondu vardır. Bunun üçün işi yaxşı təşkil etmək: mövcud kitabxanaların necə yerləşdiyini nəzərdən keçirmək, onları daha səmərəli yerləşdirmək, ictimai əsaslarla işləyən filialların, səyyar kitabxanaların və kitab verən məntəqələrin sayını xeyli artırmaq, hansı idarəyə mənsub olmasından ası- lı olmayaraq oxucuların bütün kitabxanalardan istədikləri kitabları ala bilmələri üçün şərait yaradılmasını təmin etmək lazımdır. Qurultay göstərdi ki, bütün bunlarla yanaşı, respublikada bir çox kitabxanaların işi müasir cəmiyyətin qarşısında qoyulmuş vəzifələrə hələ də tam cavab vermir, zəhmətkeşlərin artan mədəni tələblərini lazımınca ödəmir. Bununla əlaqədar olaraq qurultay respublikada kitabxana işini inki- şaf etdirməyi, rəhbərliyi daha da gücləndirməyi, oxuculara xidməti günün tələbləri səviyyəsinə qaldırmağı, oxucu fəallarının sayını artırmağı və onların köməyindən geniş istifadə etməyi, yüksək səviyyəli kitabxana işçiləri hazırlamağı və onların siyasi biliklərini artırmağı mühüm bir vəzifə kimi qarşıya qoydu