Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
11 Aprel , 2017

11 aprel 2017 –ci ill tarixində  Xəzər rayon MKS-in 7 saylı filialında Şüvalan Mədəniyyət evinin işçi   kollektivi  və  fəal  oxucuları 2017-cil İslam  Həmrəlik  Oyunları ilə ələqədar  sərgi və dəyirmi  masa  keçirildi.
Azərbaycan tarixi həm də bir xalqın keşməkeşli inanc salnaməsini əks etdirir. Minilliklərin, əsrlərin sınaqlarında inandıqlarımız və tapındıqlarımız dəyişsə də, fərqli dinlərə sitayiş etsək də, bu gün tolerantlıq adlandırdığımız dözümlülüyə hər zaman sadiq qalmışıq və əks etiqada ehtiram göstərmişik. 
Millət olaraq atəşpərəstliyə, xristianlığa, hətta ən qədim çağlarda bütpərəstliyə pənah gətirməyimiz inkarolunmaz tarixdir. Hər dövrün hərbi və siyasi durumu bizim inanc ünvanlarımızın dəyişməsinə təsirsiz qalmayıb. 
VIII əsrdən etibarən başlayan ərəb yürüşləri Tanrının sonuncu elçisinin dininə - islama yönəlməmizə rəvac verib. Və gerçək tarix Babək mücadiləsi ilə yanaşı, islamın yayılmasına, təkmilləşməsinə böyük töhfələr vermiş azərbaycanlı sərkərdələrə və teoloq-alimlərə də şahidlik edir.