Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
15 May , 2017

15 may Xəzər rayon MKS-ə daxil olan 1,2 3,6 və 7 saylı filiallarda Beynəlxalq Ailə Gününə həsr olunmuş sərgilər təşkil olundu.

Qeyd edək ki,1994-cü ildən başlayaraq 15 may - Beynəlxalq Ailə günü kimi qeyd olunur. Bu günün təyin edilməsinin məqsədi cəmiyyətin diqqətini ailələrin çoxsaylı problemlərinə çəkməkdir.

Ailə cəmiyyətin əsasını təşkil edir. Ailə - nigah və ya qan qohumluğuna əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. 

Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm də Şərqdə unikal hesab olunan bir ailə modelidir. Yəni, buraya ailədaxili münasibətlər, böyüklərə hörmət və ehtiram, valideyn-övlad münasibətləri və sair kimi ənənələr daxildir və bu fundamental milli dəyərlər qədimdən bu günə kimi gəlib çatıb.