Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
15 Oktyabr , 2017

Oktyabrın 13-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında Mərdəkan şəhidi Şahin İsgəndərova həsr olunmuş "Mərdlər məkanının igid şahini" adlı tədbir keçirilib.

Tədbirdə 149 saylı tam orta məktəbin müəllim və şagird kollektivi fəal iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb.

Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasının direktoru Elmara Məcidova “Şəhidlərimizi unutmayaq” layihəsi çərçivəsində qeyd edilən bu tədbirin uğurlu olacağını qeyd edib. Torpağımızın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunaraq, şəhid haqqında şəhidin ailə üzvü N.Abdulova çıxış edib.

Tədbir zamanı şəhidə ithaf olunmuş slayd nümayiş olunub. Qeyd olunub ki, İsgəndərov Şahin Əliqulu oğlu 1992-ci il Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olunub.

Tədbirin sonunda şəhidin məktubları, şəkilləri, təltiflərindən ibarət sərgiyə baxış keçirilib.