Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
29 Noyabr , 2017
Noyabrın 27-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında Xəzər rayon Gənclər və İdman İdarəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxanası ilə birlikdə "Azərbaycan Respublikasında İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın və "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"nın icrasının təmin edilməsi məqsədilə "İnformasiya - kommunikasiya texnologiyaları və cəmiyyət " mövzusunda treninq keçirilib.

Tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi V. Əliyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin aparıcı məsləhətçisi A. Əhmədova, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin informasiya Resurs şöbəsinin müdiri N. Abdulova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşı X. Mirzəli iştirak edib.

Treninqdə informasiya kommunikasiya texnologiyaları və cəmiyyət, ölkədə informasiya cəmiyyətinin formalaşma siyasəti, layihələr, elektron hökumət portalı,elektron imza, informasiya kommunikasya texnologiyaları sahəsində təhsil mövzularında gənclərə məlumat verilib.