Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
31 Yanvar , 2018
Yanvarın 29-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xəzər rayon MKS-in 7 saylı filialında böyük şair,mütəfəkkir İmadəddin Nəsiminin 600 illik yubileyi münasibətilə şeir müsabiqəsinin ilk mərhələsi keçirilib.

Müsabiqənin münsiflər heyəti Xəzər rayon MKS-in metodika-biblioqrafiya şöbəsinin müdiri A.Nağiyeva,kitabxana filialın müdiri L.Sadıxova və A.S.Makarenko adına Xarici Dillər Təmayüllü Gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi A.Mürsəlova 10 ballıq sistemlə şagirdləri qiymətləndirib. 

Müsabiqə zamanı F.Fərhadoğlu adına 230 saylı orta məktəbin şagirdləri fəal iştirak edib,şairin qəzəllərini səsləndiriblər.

Qeyd edək ki, müsabiqənin ll turu cari ilin may ayında Bakı şəhərində təşkil olunması planlaşdırlır. Müsabiqədə qaliblər xüsusi hədiyyələr və diplomlarla təltif olunacaq.