Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
6 Mart , 2018

Martın 5-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında ədəbi dilimizin formalaşmasinda mühüm rol oynayan Azərbaycanın böyük mütəfəkkiri ve şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə uşaq və məktəblilər arasında "Nəsimi poeziyasr" adlı bədii qiraət müsabiqəsinin I turu keçirilib.

Müsabiqədə Xəzər rayon R.Baxışov adına 218 saylı tam orta məktəb,181, 156,Z.Ağayev adına  241 saylı tam orta məktəb və F.Fərhadoğlu adına 230 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xəzər rayon MKS-in şöbə müdiri N.Abdulova  müsabiqənin I turunun ilk mərhələsi haqqında məlumat verib.

Müsabiqədə iştirak edən qiraətçilər Nəsimi yaradıcılığından nümunələr söyləyiblər. 

Münsiflər tərəfindən Xəzər rayon 181  saylı orta məktəbinin XI sinif şagirdi Fərzəliyev Vüsal Vüqar  müsabiqənin ikinci mərhələsində iştirak etmək üçün seçilib.