Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
3 Aprel , 2018


Martın 30-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xəzər rayon MKS-nin təşkilatçılığı ilə Binə Mədəniyyət Mərkəzində Aida Eyvazlı Göytürkün “Qalibiyyət şəhidlər və şahidlər” kitabının ikinci cildinin təqdimatı keçirilib.

Təqdimat mərasimində Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəliyi, Binə qəsəbə nümayəndəliyi,şəhid ailələri,Binə qəsəbəsindən olan şəhid ailələri,yazıçı Gülzar İbrahimova,tarix elmləri doktoru Təvəkkül Səlimov,Yasəmən Möhübbətqızı, Binə qəsəbəsində yerləşən 149,136,218 saylı məktəblərin müəllim və şagird kollektivi iştirak edib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın azadlıq savaşında canlarını qurban vermiş bütün şəhidlər bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Xəzər rayon MKS-nin direktoru E.Məcidova gələn qonaqları salamlayaraq aprel döyüşləri 31 mart azərbaycanlıların Soyqırım günü ilə bağlı çıxış edib.

Təqdim olunan kitabda, Lələtəpə, Seysulan, Talış yüksəkliyi barədə maraqlı xatirələr, o döyüşləri və qələbə anını əks etdirən məqamlar, aprel döyüşləri haqda məlumatlar, müəllifin özünün çəkdiyi fotoşəkillər və şəhidlərin həyatından bəhs edən fotolar da yer alıb.

Tədbirdə aprel döyüşlərinin iştirakçısı,Azərbaycan ordusunun zabiti Əhliyyət Mehdiyev, şəhid Rəşid Niftalının atası,aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova,Nurlan Əsgərlinin anası Ceyran xanım və şəhid bacısı Bağırova Mələkxanım çıxış ediblər.