Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
26 Mart , 2018

3 saylı filialda martın 4-də Cığır təşkilatı ilə birlikdə Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbir keçirildi.

2018-ci il may ayının 28-də müsəlman şərqində ilk parlamentli respublikanın-Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Məruzədə Sevil Nəbati ,Hicran Zeynalova yeni qurulan Azərbaycan Xalq Cumhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirildiyi, Azəraycanın ilk Parlamenti və Höküməti,dövlət aparatı təşkil edildiyi,dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilməsi haqqında söhbətər olundu.Uşaqlar vətənpərvərlik haqqında şerlər dedilər.23 ay fəaliyyət göstərməsinə baxmayaraq onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.Xalqımız Cumhuriyyətin istiqlalını dünyaya yaydığı 28 may gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.