Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
7 May , 2018
1856 – Azərbaycanın ilk maarifçi qadınlarından biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova (1856-1929) anadan olub.Bakıda “Nicat” xeyriyyə cəmiyyətinin qadınlar şöbəsini qurub, 1901-ci ildə H.Z.Tağıyevin həyat yoldaşı Sona xanımın himayəsi altında fəaliyyətə başlayan ilk Rus-Müsəlman Qadınlar Məktəbinin direktoru olub.
1921 – I Ümumazərbaycan sovetlər qurultayı (6-19 may) işə başlayıb. Qurultayda Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul olunub.Müvəqqəti İnqilab Komitəsi və yerlərdəki inqilab və yoxsul komitələri ləğv edilib, ali qanunverici orqan olaraq Mərkəzi İcraiyyə Komitəsi (MİK, ilk sədri Muxtar Hacıyev) və yerli sovetlər yaradılıb.Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (75 üzv və 25 namizəd) rəhbər orqanı isə respublika partiya (Azərbaycan KP) rəhbərliyinin də daxil olduğu Rəyasət Heyəti (13 nəfərdən ibarət) idi.Respublikada 30 min deputatı olan 1400 yerli kənd soveti təşkil edilib.1921-1937-ci illərdə Ümumazərbaycan sovetlərinin 9 qurultayı keçirildi və 1938-ci ildə bu qurumu Ali Sovet əvəzlədi.
1991 – Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti Ermənistan parlamentinin Dağlıq Qarabağ münaqişəsini SSRİ xalq deputatları qurultayının müzakirəsinə çıxarmaq cəhdinə etiraz olaraq Moskvaya, SSRİ Ali Sovetinə müraciət qəbul edib.Müraciətdə nəzərə çatdırılırdı ki, Ermənistanın hərəkəti Azərbaycanın müttəfiq respublika kimi suverenliyinə kobud müdaxilədir.Mayın 7-də SSRİ Ali Soveti Ermənistanın təşəbbüsünü rədd etdi.
6 may – İnsan Alverinə Qarşı Mübarizə Günüdür. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” hazırlanıb. .Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.