Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
13 Avqust , 2018

Sıyrılıb keçmişin buludlarından

Müjdələr gətirib böyük Yarından

Söküb şəfəq kimi dumanlıqları,yarıb günəş kimi qaranlıqları,

Özündən alışan,özündən yanan,hər sabah hamıdan erkən oyanan,

İş başına qoşan nə bəxtiyardır!

   Dünyaya göz açan gündən insan arayıb-axtarır,kamilləşməyə,həyatda öz yerini tapmağa çalışır. Yaradılışdan axtarışdadır insan. Həyatın keşməkeşli, enişli-yoxuşlu yollarından keçərək öz azadlığını,mənəvi rahatlığını, ona sevinc bəxş edəcək məqamı axtarır. Və axtara-axtara, yıxılıb qalxa-qalxa kamilləşir, püxtələşir insan. Həyat mübarizədir və bu mübarizə meydanında yalnız səbrlə,təmkinlə,dözümlə silahlanaraq qalib olurlar. Qalibiyyəti dadanlar isə onu heç zaman əldən vermək istəməzlər. Və bəzən insan həyatın çətin sınaqlarına, ağır imtahanlarına rast gələrkən dayanmaq, durmaq, fasilə etmək istəsə də, öz xoşbəxtliyinin öz əlində olmasına, qələbəyə olan inamı onu vəziyyətlə barışmaqdan çəkindirir.

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək,

Onun yaşamağı yanmağındadır.

  Bəli, həyat hekayələrinə nəzər salsaq, təcrübəyə əsaslanıb fikir yürütsək görərik ki, səadət hər kəsin öz əlindədir. İnsan öz zəhməti, əməyi sayəsində ucalır, rifaha,zənginliyə qovuşur. Həyatda öz yerini tapmaq həqiqətən, çox gözəl, dəyərli məqamlardan, incə mətləblərdən biridir. Hələ uşaq yaşlarından bizi arzular öz ağuşuna alır, xəyallar aləmində uçurur, uçurur, nəhayət ki, bir nöqtədə dururuq. Bu nöqtə bizim arzu və istəklərimizin son həddi, ən uca zirvəsi olur. Uşaqkən özümüzü gah həkim, gah müəllim, gözəl valideyn, hüquqşünas, yüzlərlə peşə sahibi kimi ğörür, xəyallar qururuq. Nəhayət, yaşımız artdıqca, istəklərimizlə imkanlarımızı birləşdirib həyatda öz yerimizi təyin edirik. Əlbəttə ki, bundan ötrü, bilik və bacarıqlarımızı da səfərbər etməli, oxuyub öyrənməli, çalışdıqca çalışmalıyıq. Həyatdakı yerimizi özümüz təyin edib özümüz də qazanmalıyıq. Dahi Nizami demişkən:

Dünyada nə qədər kitab var belə,

Çalışıb,əlləşib gətirdim ələ.

Oxudum,oxudum, sonra da vardım,

Hər gizli xəzinədən birr dürr qopardım.

Dünya gör-götür dünyasıdır. Hamımız ondan nəsə öyrənir, əxz edir, yeri düşdükcə də nəsə veririk. Həyatda öz yerini tapan insan həm özünə,  həm ailəsinə, həm Vətəninə, elinə-obasına xeyir verməyə qadir olan insandır. Yerini tapmaq isə öz əqidəsinə, düşüncəsinə uyğun olaraq hansısa bir fəaliyyət növündə çalışmaq, işindən həzz almaq deməkdir. Müdriklər demişkən “Xoşbəxt o insandır ki,səhər işə tələsir, axşam isə evə.”  Deməli, insanın sevimli işi, gözəl ailəsi, rahat evi varsa, o, xoşbəxtdir. Eyni zamanda , o, həyatda öz yerini tapan insandır. Xoşbəxt olmağı isə həyatda hamı arzulayır. Arzumuza çatmaq üçün həyatda öz yerimizi tapmalıyıq. Yerimizi tapmağın yolu isə oxumaqdan, gecə-gündüz yorulmadan çalışmaqdan, zəhmətdən, əməkdən keçir.

 Elə bu səbəbdən də, gəlin, əziz dostlar, xoşbəxt olmağa çalışaq, öz yerimizi tapaq və bacardıqca, bu yer uğrunda mübarizə aparaq. Yalnız bu zaman təkcə özümüzə deyil, Vətənimizə, elimizə, obamıza,ailəmizə,valideynlərimizə, ən sonunda özümüzə də xeyirli,faydalı olarıq.

117 saylı məktəbin  8 a sinif şagirdi Əliyeva Günel


Biz hamımız Mübarizik

Mübarizlik nədir?Mübarizlik,yəni müəyyən fikir və məqsəd uğrunda yaşamaq,yaratmaq!

Mübarizlik duyğusu nədən irəli gəlir,Məncə,mübarizlik ya həyatda baş verən hadisələrdən alınan dərsdir,ya da ana südü ilə bərabər insan qanına,canına hopmuş hisdir.Hər bir halda mübarizlik ali duyğudur xə hər xalqa xas olmur.

Bizim xalqımız mübariz xalqdır.Onun çoxəsrlik tarixi,mədəni-mənəvi inkişafı,Vətən eşqi və millət qeyrəti bunu bariz göstərir.Azərbaycanın bərəkətli torpağıhər zaman özgələrin tamah hissini artırıb.Başqa xalqlar,millətlər,imperiyalar Vətənimizin zəngin sərvətlərinin əsirinə çevrilmiş,barlı-bərəkətli torpaqlarımızın xülyasıyla tarixin sınaqlarından keçməli olmuşlar.Zaman digər xalqların mənfur üzlərini üzə çıxarmaqda bizim Vətənimizi ədalət kürsüsünə çevirmişdir.Məhz Azərbaycan torpaqları xəbis insanların son mənzili olmuşdur.Edilən həmlələr,işğallar və talanlar son məqamda mənfur düşmənlərin məhvinə gətirib çıxarmışdır.Çünki bizim torpaqların sərvəti müqəddəsdirsə,xalqı mübarizdir.Bu mübarizlik qanımızda mövcud edir.O,bir millət kimi bizim yaşamaq missiyamıza çevrilib.

  Hər bir insan həyata uca göylərin təyin etdiyi müəyyən bir missiya ilə gəlir.Bu missiya şan-şöhrət,yüksək vəzifə tutmaq kimi başa düşülməsin gərək.İnsanın müqəddəs missiyası müəllimlik,həkimlik,gözəl ana,qəhrəman və s. ola bilər.Biz isə kiçikdən böyüyə kimi xüsusi bir missiyası olan bir xalqa məxsusuq.Biz azərbaycanlılar "Vətən" anlayışını yüksəldən bir toplumuq.Həyatı Vətənə qurban,amalı Vətən səadəti və düşüncəsi Vətən qeyrəti olan mübariz millətik.

  Mübarizliyin əsas göstəricisi nədir? Mən deyərdim:Qorxmazlıq.

  Vətəni sevmək imandandır.Bu fikir vətənpərvərin həyat fəlsəfəsinə çevrilib.Bu fəlsəfənin ən parlaq nümunəsi Mübariz İbrahimovdur.Azərbaycanın igid oğlu!Bir an belə tərəddüd etmədən şəhidliyin ən uca zirvəsinə ucaldı.Mübariz cəsur idi,qorxmaz idi.Mübariz qəhrəman millətin yetirməsi idi.Mübariz qəhrəman idi.Çünki mücadilənin sonunu düşünən və təkbaşına mübarizənin aqibətini anlayan şəxsdən qəhrəman olmaz.

  Vətənin,el-obanın üzün ağ,başını uca edən onun mübariz oğullarıdır.Azərbaycan oğulları hamı kimi doğulsalarda,böyüsələrdə sonradan bir xalqın,bir millətin oğlu,fəxri olurlar.Xalqın oğlu olmaq üçün sinəndə odlu ürək,qəlbində sonsuz Vətən eşqi yaşamalıdır.Atalarımız "İgid ölər,adı qalar" deyiblər.Mübariz İbrahimov və onun kimi igidlərin adı bizə,gələcək nəsillərə qəhrəmanlıq nümunəsi olaraq yaşayacaqdır.

  İndi Vətənimiz yeni sınaqlarla üz-üzədir.İllərdirki, dardadır.Anamız dardadır.Onun taleyinə necə biganə qala bilərik?!Biz hamımız yeni mübarizlər olmalıyıq.Həmdə böyük hərflə yazılmış şərəfli adlı Mübariz!Mübariz yolunun davamçısı,onun amalının-Vətənin səadəti uğrunda çalışma amalını həyata keçirən mübarizlər olmalıyıq.İndi bütün gənclər,cəsurlar,mərdlər,igidlər cəsarətlə "Vətən sağ olsun!"deyə bilən,"Hamımız Mübarizik"hayqıran vətənpərvərlər olmağa çalışmalıdır.

  Mübarizlik ülvi hissdir.Bu hissi qoruyub saxlayan,eyilməyən millətimiz bu gündə cəbhəyə can atır,silaha sarılır,düşmənlə üzbəüz gəlməkdən çəkinmir.Bu gündə şəhidlər veririk,igidlər "Vətən"deyə hər bir işini atmağa,gələcək xoşbəxt həyatlarını düşünmədən mübarizəyə qalxmağa meyillidilər.Yenə də Azərbaycan mübarizlər doğurur,qəhrəmanlar tarixini yazır.Bugün biz hamımız Mübarizik!