Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
20 Avqust , 2018
Avqustun 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası və filialları oxucuların kitab və kitabxanaya olan marağının artırılması,mütaliə mədəniyyətinin formalaşdırılması, uşaqların yay tətili günlərini səmərəli keçirmək məqsədi ilə maraqlı layihəyə imza atıb.

Yay tətilinin başa çatmasına az qaldığını nəzərə alaraq MKS-ə üzv olan bütün oxucuların telefonlarına “Whatsapp”,”Facebook”və “Instagram”kimi sosial şəbəkələr vasitəsi ilə yaşlarına uyğun,dərs proqramına görə münasib olan kitabların,maraqlı ədəbiyyatların,virtual səhifələrin siyahıları kitabxana əməkdaşları tərəfindən göndərilib.

Sosial şəbəkə vasitəsi ilə oxucuların telefonlarına göndərilənlərin siyahısı:Jül Vern – "80 gün dünya ətrafında” ("Around the world in eighty days”) ,Antuan de Ekzüperi – "Balaca Şahzadə” ("Little Prince”) , Səməd Behrəngi – "Balaca qara balıq” ("The little black fish”) ,Suzanna Tamaro – "Kitablardan qorxan uşaq” ("Papirofobia”) ,Jül Vern – "20000 lye su altında” ("Twenty thousand leagues ander the sea”) ,Erik Kastner – "Uçan sinif” ("Das fliegende klassenzimmer”)və s.