Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
28 Avqust , 2018

Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında görüş keçirilib


Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında görüş keçirilib

Avqustun 28-də Xəzər rayon Gənclər və İdman İdarəsi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında yeniyetmələr və onların valideynləri ilə görüş keçirib.”İİ-dən özünü qoru”devizi ilə məktəblər arasında İİV virusuna yoluxma yollarına dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə həyata keçirilib.

Tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi,Binə qəsəbəsi 101 saylı peşə məktəbinin müəllimləri həmçinin layihənin ekspertləri iştirak ediblər.

İlk öncə layihənin eksperti Rəşad Rəhimov və Samirə Vəliyeva İİV-ə vaxtında müayinə olunmağın üstünlükləri və müalicənin effektivliyindən danışıblar.

Sonra layihə rəhbəri Zülfiyyə Mustafayeva bildirib ki, layihənin məqsədi Bakı şəhərində məktəblilər,yeniyetmələr arasında virusa yoluxma yollarına dair maaarifləndirmə tədbirlərini həyata keçirmək yolu ilə İİV virusunun profilaktikasına ictimai dəstək verməkdir.

Sonda Xəzər rayon MKS-nin fəal oxucuları Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.