Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
3 Sentyabr , 2018

Sentyabrın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası yeni layihəyə start verib.

Bu layihəyə Xəzər rayonunda qəsəbənin mədəni -maarif müəssisələri,uşaq evləri,uşaq baxçaları,doğum evləri,sosial müdafiə müəssisələri,yay uşaq düşərgələri,istirahət mərkəzləri,park və açıq tipli bağlarda yerləşən istirahət məkanları cəlb olunub.

Xəzər rayonunun qəsəbə və kəndlərində “Bütün ailəliklə oxuyuruq”,”Oxucunu birlikdə böyüdürük” adlı müsabiqələr,oxu günləri,mütaliə saatları təşkil olunub. 

Bu müsabiqədə evlərdə olan şəxsi kitabxanalar,şəxsi kitab və kitabça kolleksiyaları,mütaliəyə dair qeydlər,inşalar sərgilənir.

“Uşaqlar- uşaqlar üçün oxuyur” aksiyası Xəzər rayonunun Mərdəkan,Şüvəlan,Şağan,Türkan qəsəbələrində baş tutub.Yay oxu zalları təşkil olunmuş,nisbətən böyük yaşlı uşaqlar kiçik yaşlıların mütaliəsinə rəhbərlik edərək, kollektiv oxu günləri həyata keçirib. Oxuduqları materiallar əsasında isə sual-cavab gecələri,viktorinalar,intellektual oyunlar,kitab müzakirələri,”Kitab diaqnostikası” təşkil olunub.

Bildirilib ki,qarşıda bizləri neçə-neçə kitab bayramları,mütaliə gecələri,”Ədəbiyyat peyvəndləri” gözləyir.

Sentyabrda isə “Siz hələ də oxumursunuz? O zaman biz sizə gəlirik” layihəsinə start veriləcəkdir.