Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
7 Sentyabr , 2018
Sentyabrın 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında yay aylarında start verilən “Ən fəal oxucu”adlı layihənin yekun tədbiri keçirilib.

Tədbirdə “İRS” fənninin müəllifi, uşaq yazıçısı, şairə Solmaz Amanova, Xəzər rayon MKS-nin 1 saylı filialının əməkdaşları və fəal oxucuları iştirak edib. 

Tədbirin aparıcısı qonaqları salamladıqdan sonra uşaq yazıçısı, şairə Solmaz Amanova haqqında ətraflı məlumat verib.

Daha sonra tədbirdə viktorinalar,intellektual oyunlar,kitab müzakirələri aparılıb,layihə iştirakçıları müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. 

Sonda şairə Solmaz Amanova tədbirin təşkilinə görə öz minnətdarlığını bildirərək kitabxanaya kitablarını hədiyyə edib.
Foto Qalereya