Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
1 Oktyabr , 2018

Oxucuların nəzərinə!

 

Xəzər rayon MKS-i və onun filialları oktyabr ayından yeni aksiya “Təhvil verin.Yaddan çıxarmaq olmaz!”adlı aksiyaya  start verir.

Qeyd edək ki,aksiyanın keçirilməsində məqsəd oktyabr ayının 1-dən 30-dək vaxtilə kitabxanadan alınan,lakin hansısa naməlum (üzürlü və ya üzürsüz)səbəblərdən kitabxanaya qaytarılmayan kitab və jurnalların,sənədlərin yenidən kitabxanaya təhvil verilməsi üçün oxucuya əlverişli şərait yaratmaqdır.

Biz sizdən hər hansı bir borca görə nə kompensasiya,nə də izahat tələb edirik.Sadəcə sizə öz dərin təşəkkürümüzü bildirirk ki,kitablar nəhayət öz doğma məkanlarına,evlərinə qayıdacaqlar.

Əziz oxucular!Sizi kitabxanamızda gözləyirik.

Əlaqə telefonu:456-34-86

Facebook səhifəmiz:Xəzər rayon Mərkəzi Kitabxana

Instagram:khazar_mks