Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
19 Oktyabr , 2018
Oktyabrın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binə qəsəbə Mədəniyyət Mərkəzi və Xəzər rayon MKS-i birgə 18 oktyabr Milli Müstəqillik gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirib.

İlk öncə Mərkəzin direktoru G.Abbasova çıxış edərək, müstəqil dövlətimizin inkişaf yolundan,beynəlxalq aləmdə tutduğu əhəmiyyətli yerindən və tanınmasından danışıb. 

Sonra Xəzər rayon MKS-nin informasiya-resurs şöbəsinin müdiri N.Abdulova çıxış edərək bildirib ki, hər kəs suverən dövlətimizin inkişafında,tərəqqisində öz bilik və bacarığını əsirgəməməli, vətənimizin azadlığının inkişafı uğrunda var qüvvəsi ilə çalışmalıdır. Çünki, müstəqilliyi qazanmaq asan,qoruyub saxlamaq çətindir.

Daha sonra tədbir Binə qəsəbə Mədəniyyət Mərkəzinin rəsm kursunun balaca rəssamlarının müstəqilliyimizə həsr olunmuş rəsm sərgisinin nümayişi ilə davam edib. 

Sonda Mərkəzin bədii qiraətçiləri şeirlər söyləyib, rəqslər nümayiş etdiriblər.