Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
25 Oktyabr , 2018
Xəzər rayon MKS-də "Şəhidlərimizi tanıyaq və tanıdaq adlı layihə fəaliyyətə başlayıb.Qeyd edək ki,layihənin məqsədi Azərbaycanın bütövlüyü uğrunda şəhid olan mərd oğullarımzın dünyaya tanıdılmasıdır.
Layihə zamanı Qarabağ döyüşlərində  həlak olan şəhidlərimiz və milli qəhrəmanlarımız, həmçinin onların göstərdikləri şücaət haqqında müzakirələr aparılacaqdır.
Layihənin  bütün Xəzər rayonunu əhatə edəcəyi nəzərdə tutulmuşdur.
İlk olaraq Binə qəsəbəsi şəhid Əli İsazadənin adını daşıyan 149 saylı tam orta məktəbdə tədbir  keçiriləcəkdir.