Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
26 Noyabr , 2018

Orta-Çağ Azərbaycan kitab mədəniyyəti

  Bu kitablara daş kitabələri,dəri üzərindəki kitabları,əlyazma kitablarını,mətbəə üsuluyla nəşr edilən kitabları aid etmək olar.

  İslam dininin müqəddəs kitabı sayılan “Quran”ı,xristianların inam kitabı “İncil”i insanlara məhz kağızın ağ köksünə qonub hamınınkılaşan əlifba çatdırıb.

  Orta çağın dahi təfəkkür sahibi,müxtəlif elmlərə aid 150-dən atıq qiymətli əsərin müəllifi Əbu Reyhan Biruni (973-1048) əlifbaya,kitaba münasibətini belə bildirirdi:--“Yazılı bilgilər məlumatın bir növüdür,digər xəbərlərin hamısından daha üstündür. Axı qələmin əbədi abidələri olmasaydı,biz xalqların rəvayətlərini haradan bilərdik”.

  Kitab mahiyyətilə həmişə mənada mədəniyyətdir,sivilizasiya göstəricisidir.

  Hərfçini-şrift yığımı üsulu ilə ilk Azərbaycan kitabı 1818-ci ildə Təbrizdə nəşr edilib. Həmin vaxtlarda bu gözəl əlyazma kitabı həmin regionda ən dəyərli hədiyyə sayılırdı. O dövrlərdə saraylardakı kitabxanalardan başqa,xəzinədə də xüsusi diqqətlə hazırlanmış qiymətli əlyazmalar qorunurdu.

  Cildi kağız,xətti yaxşı əlyazma kitabının ortaya çıxarılması ucuz başa gəlmirdi,kitabların sanballı ərsəyə gəlməsi üçün əlavə gəlirə ehtiyac vardı.

  Yaxın və Orta Şərq,o cümlədən Azərbaycan əlyazma kitabı adətən bir neçə sənətkarın müştərək səyləri nəticəsində ortaya çıxıb. Belə kitabların hazırlanmasında xəttat,mücəlləd,müzəhhib,nəqqaş,zərkub,müsəvvər kimi müxtəlif peşə sahibləri iştirak etmişlər. Başqa sözlə,kitabçılıq sənəti əsasən 4 sahəni əhatə etmişdir. Bunlara xəttatlıq,miniatür,naxış-bəzəmə sənəti və cildçilik aiddir.

  Kitabların hazırlanmasında birinci xətt dayanırdı,çünki istənilən kitab yazıdan başlanırdı. Məhəmməd Peyğəmbərə aid olan belə bir kəlam var:”Əl xətt nisf ul elm” (Xətt elmin yarısıdır).

  XV yüzilliyin görkəmli Azərbaycan rəssamı və kaliqrafı Dust Məhəmməd isə belə yazır:”Yazının yaraşığını naxış və qızıl suyu ilə bəzəməklə gücləndirən Əli ibn Əbu Talib olub”.

  Yazıya,xəttə bu cür mötəbər hörmət və qiymət xətt sənətinin inkişafına güclü təkan verirdi. Orta çağda xətt önəmli yer tuturdu. XV-XVI yüzilliyin məşhur xəttatlarından Sultan Əli  Məşhədinin bu sözləri həmin qənaətin sərrast ifadələrindən biri kimi qəbul edilə bilər:”Xətt onun üçündür ki,oxunsun. Onun üçün deyil ki, oxunmasından əziyyət çəkilsin”.

  Xəttin gözəlliyi gözü sevindirir,xəttin eybəcərliyi isə gözü dərdləndirir.

  Həmin dövrdə gözəl xətli insanlara “mirzələr” deyilirdi.

  Xəttatlığın inkişafı nəsxi yazıdan görünüş cazibəsi ilə seçilən və bir-birindən fərqli 6 xəttdən yaranıb: nəsx,süls,mühəqqəq,reyhani,touqi,reqə və onların hamısına bir yerdə sittə deyilirdi.

  Azərbaycan xəttatı Mir Əli Təbrizi XIV yüzilliyin sonlarında farsdilli aləmdə xəttatlar arasında ən populyar xətt çeşidi—“nəstəliq” janrını ixtira etdi.

  Kifayət qədər geniş yayılmış xətlərdən olan “şikəstə” xəttinin də yaranışı və ilk tətbiqi Azərbaycan xəttatlarının –xüsusilə Murtəza Qulu xan Şamlunun adı ilə bağlıdır.

  Kitab sənətinin inkişafı mövcud xətlərin təməlində yeni dekorativ xətləri doğurdu: lərzə,tavusi,muinə,bahar,gülzar,hilali,sərvi və s.

  Yazı sənətinin,kitabçılığın inkişafı ilk növbədə katiblik peşəsinin təməlini qoydu.

  Azərbaycanın orta əsrlərdən gələn şöhrətli xəttatlar sülaləsinin son böyük nümayəndəsi Qulamhüseyn Darabadi 1951-ci ildə nəşr etdirdiyi və müasir Azərbaycanda ilk kalliqrafiya dərsliyi olan əsərində xəttat işinin sadəcə qəşəng hərf düzməkdən ibarət olmayıb,daha yüksək məna daşıdığına işarəylə yazırdı:”Azərbaycan və rus əlifbası hərfləri ölçü və quruluş cəhətcə müəyyən və düzgün qayda üzrə tərtib edildiyi üçün sətirlərin düz və gözəl yazılması da asanlıqla başa gəlir.

  Ərəb-fars əlifbasının hərfləri müxtəlif şəkildə olduğundan ümumi qayda üzrə sətir yazmaq müsbət nəticə vermir.

  Sətirləri yaraşıqlı yazmaq üçün hərf və sözlər,yazanın səliqəsindən asılı olaraq,münasib yerlərdə yazılmalıdır. Daha doğrusu, yazan bir növ rəssamlıq-kompozisiya qanununa riayət etməlidir”.

  Azərbaycan hüsnxətt sənətinin və orta çağ kitab mədəniyyətimizin kamil araşdırıcısı Adil Qazızadə “XIII-XVII əsrlər Azərbaycan əlyazma kitabının bədii tərtibatı” əsərində  Azərbaycan kalliqrafiya və dekorativ yazı ustalarının “şəcərə”sinin İslam Şərq Xəttatlığı tarixində “ustadane-sitte” kimi şöhrətlənmiş ən ali xəttat sənətkarlar altılığına daxil edilən soydaşımız Mübarəkşah Zərrinqələm Təbrizidən başladığını təsdiqləyir.

  O dövrdə xəttatlar qamış qələmlərdən və mürəkkəbdən istifadə edirdilər.

  Xəttatlıq sənətinin,əlyazmaların hər sətirinin,hər hərfinin arxasında katiblərin sənətkar ilhamı ilə yanaşı,ağır fəhlə əməyinin dayandığını da unutmamalıyıq.