Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
3 Dekabr , 2018
Noyabrın 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə QİÇS-lə Mübarizə Günü ilə bağlı Xəzər rayon MKS-nin oxu zalında həkim–yazıçı Asif Kəngərlinin pyesi əsasında çəkilmiş "Bəla" filminin nümayişi keçirilib.

Təqdimatda Xəzər rayonu Binə qəsəbəsində yerləşən Abşeron Binə Peşə Liseyinin şagird və müəllim kollektivi fəal iştirak edib.

Filmin nümayişindən sonra çıxış edən liseyin müəllimi T.Xalıqov və kitabxananın əməkdaşı film haqqında öz rəylərini bildiriblər .

Əsas rollarda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrının aktyorlarının yer aldığı film, "AqRa" Elmin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həkim–yazıçı Asif Kəngərlinin "Bəla" pyesi əsasında lentə alınıb. 

Filmin quruluşçu rejissoru əməkdar artist İntiqam Soltandır. Ekran əsəri film-tamaşa janrında çəkilib.
Foto Qalereya