Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
12 Dekabr , 2018


İlk öncə tədbiri Mərkəzin bədii rəhbəri Fəridə İsmayılova açaraq ulu öndərin həyatından, siyasi fəaliyyətindən söhbət açıb.

Sonra Ulu Öndərin həyatından bəhs edən video-rolik nümayiş olunub.

Daha sonra Xəzər rayon MKS-in informasiya resurs şöbəsinin müdiri N.Abdulova Heydər Əliyevin kitab və kitabaxanaya, elmə, təhsilə verdiyi yüksək qiymətdən söz açıb. Bildirib ki, Azərbaycanın inkişafında uıu öndərin rolu əvəzolunmazdır.

Tədbirin bədii hissəsində Mərkəzin bədii qiraətçilər dərnəyinin üzvləri Ulu Öndərə həsr olunmuş “Unuda bilmirəm,ürəyimdəsən”adlı kompozisiyanı nümayiş etdiriblər sonra isə “Heydər xalqım deyəcək” musiqisini ifa ediblər.

Sonda Mədəniyyət Mərkəzinin direktoru G.Abbasova çıxış edərək gənc nəslə Ulu Öndərin adına layiq vətəndaş olmağı tövsiyə edib. Qeyd edib ki, Heydər Əliyev irsini öyrənmək, davam etdirmək hər bir vətəndaşın borcudur.