Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
15 Yanvar , 2019


Yanvarın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-in Mərkəzi Kitabxanasının fəal oxucuları Binə Mədəniyyət Mərkəzinin kollektivi ilə  ilə birlikdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

İlk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Ziyarət zamanı azyaşlı oxuculara vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımız haqqında məlumat verilib.
Foto Qalereya