Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
23 Fevral , 2019
22 fevral 201 9-cu il tarixində Xəzər rayon MKS-nin Binə qəsəbə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tanınmış ziyalı, ictimai xadim ,yazıçı,şairə, BDU-nun müəllimi İradə xanım Əlilinin “Xocalı: Şəhidlər danışır “kitabının təqdimatı keçirildi.Tədbirdə fəal oxucular,məktəblilər,müəllim və şagird kollektivləri,ziyalılar iştirak edirdi.Tədbirdə məktəblilər müəllifin “Xocalı” və s.şeirlərini səsləndirdilər.Tədbir Xocalı haqqında videoçarxın,slaydların nümayişi ilə başladı.Sonra Binə Mədəniyyət Mərkəzinin bədii qiraət dərnəyinin üzvlərinin ifasında “Xocalı” şeir kompazisiyası səsləndirildi. Müəllimə,Təhsildə Peşəyönümlü Təhsilə Dəstək İctimai Birliyinin mədəniyyət şöbəsinin müdiri,ziyalı,xeyriyyəçi xanım Kifayət Qələnizadə “Xocalı: şahidlər danışır kitabı ilə bağlı öz fikirlərini söylədi .Müəllif kitabla bağlı öz təəssuratlarını tədbir iştirakçıları ilə bölüşmək onların suallarını cavablandırdı.Qonaqlar Binə Mədəniyyət Mərkəzinin foyesində nümayiş olunan rəsm dərnəyi üzvlərinin Xocalı faciəsi ilə bağlı çəkdikləri rəsmlərlə,kitab sərgisi ilə yaxından tanış oldular.İradə xanım qeyd etdi ki,bir ziyalı kimi mənim də silahım düşmənin amansızlığını özündə əks etdirən kitablarım,sosial şəbəkələrdəki fikirlərimdir.Sonda MKS direktoru V.Quliyeva bu gözəl tədbirin keçirilməsində əməyi olan hər bir kəsə öz minnətdarlığını bildirdi və söylədi ki,bu tədbir “müəllif-kitabxana”,”ziyalı-kitabxana-mədəniyyət müəssisələri-məktəb”əməkdaşlığının ən dolğun nümunəsidir.
Foto Qalereya