Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
14 Mart , 2019
Xəzər rayon MKS-in 1 saylı filialının müdiri Abdullayeva Ofeliya xanımın 65 illik yubileyi münasibəti ilə hazırlanmış tədbir oxucu  və keçmiş kitabxana işçilərinin iştirakı ilə baş tutdu.  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanı ilə təltif olunan Ofeliya xanım, öz 45 illik səmərəli  əmək fəaliyyətinə görə əmək müqaviləsi 1 il də artırıldı. Öz peşəkarlığı və işgüzarlığı ilə oxucu və kolleqaları arasında  xüsusi hörmət və sevgi qazanmış
 Ofeliya xanımı təbrik edib, gələcək işlərində uğurlar arzulayırıq.