Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
3 Aprel , 2019
Aprelin 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Binə qəsəbə Mədəniyyət Mərkəzinin məktəbəqədər hazırlıq kursunun balaca fidanları fəal iştirak ediblər.

Tədbir zamanı qeyd edilib ki, aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka yazıçısı Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.

Tədbir zamanı Binə qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Gülxanım Abbasova çıxış edərək balacalara kitab mütaliə etmənin faydalarından söz açıb.

Sonda balacalar şeir parçaları səsləndiriblər.
Foto Qalereya