Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
10 Aprel , 2019

Aprelin 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-i,Binə qəsəbə Mədəniyyət Mərkəzinin akt zalında Aprel şəhidlərinin əziz ruhuna həsr olunmuş “Mən səninləyəm,ana Vətən” adlı sənədli filmin nümayişini keçirib.

Tədbirdə təyyarəçi, Qarabağ müharibəsi iştirakçısı,Milli Aviasiya Akademiyasının müəllimi Bayram Muxtarov,Xəzər rayon Qarabağ müharibəsi əlilləri və şəhid ailələri cəmiyyətinin sədri Səfa Əliyev,Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev,şairə-jurnalist Gülarə Munis,filmin ikinci rejissoru Məlahət Əhmədova,şəhid ailələri,ikinci qrup Qarabağ əlili Baladdin Şəfəqqətov,şəhid Müşfiq Orucovun atası Arif Orucov, Abşeron Binə Peşə Liseyinin şagirdləri və müəllim kollektivi,149,136,117 saylı məktəblərin müəllim və şagird kollektivləri iştirak edib.

Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, Xəzər rayon MKS-in direktoru Vəfa Quliyeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb.

Xəzər rayon Qarabağ müharibəsi əlilləri və şəhid ailələri cəmiyyətinin sədri Səfa Əliyev çıxışında belə tədbirlərin gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətindən bəhs edib. 

Sonda söz filmin yaradıcı heyətinə verilib.Qeyd edilib ki,ekran əsərinin prodüseri Xəqani Haşımov,quruluşçu rejissoru Elşən Zeynallıdır.
Foto Qalereya