Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
9 İyul , 2019

İyulun 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasında balaca oxucularla gigiyena mövzusunda tədbir keçirilib.

Tədbirdə Xəzər rayon MKS-nin əməkdaşları,”Cığır” ictimai birliyinin balaca üzvləri,Binə Mədəniyyət Mərkəzinin dərnəyi fəal iştirak edib.

Çıxış edənlər Binə Mədəniyyət Mərkəzinin bədii rəhbəri G.Abbasova ,Xəzər rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin müdiri A.Nağıyeva uşaq gigiyenası,məktəbyaşlı uşaqların gigiyenası və bu kimi müxtəlif mövzulardan söz açıblar.Qeyd edilib ki,bu kimi tədbirlərin keçirilməsi uşaqların şəxsi inkişafı,kitaxanaya oxucu marağının artırması üçün önəmlidir.

Binə Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin üzvü və kitabxananın fəal oxucusu Fatimə Qəribli çəkdiyi şəkli kitabxanaya hədiyyə edib.

Tədbirin sonunda balacalara kitabxana tərəfindən hədiyyələr  edilib.

Foto Qalereya