Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
6 Fevral , 2020
Hərdən adama elə gəlir ki, küçədə aqressiv olmağımızın, bir-birimizi başa düşməməyimizin, səbirsizliyimizin bir səbəbi də kitab oxumamağımızdır. Çünki daimi kitab oxuyan adam bu qədər yüngül olmaz, bu qədər kobud davranmaz.Hərdən adama elə gəlir ki, intiharların bir səbəbi də kitab oxumamağımızdır. Çoxlu kitab oxuyan, dünyaya baxış tərzini primitiv səviyyədən çıxaran insan belə rahat tabe olmaz, belə rahat ruhdan düşməz, belə asan sınmaz.Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə kriminal hadisələrin bu qədər geniş yayılmasının bir səbəbi də bizim kitab oxumamağımızdır. Hər gün ən azı bir saat kitab oxuyan adam anlaşılmazlığı, çıxış yolunu soyuq silahda axtarmaz. Kitab oxusaydıq, dəyərli şeylər öyrənsəydik, mənən zənginləşsəydik, bir-birimizi başa düşər, ailə sirrimizi qoruyar, ailəmizi kənar təsirlərdən qoruyar, qədrini bilərdik. Kitab oxusaydıq, ailənin dini yöndən nə qədər dəyərli olduğunu, boşanmanın isə nə qədər arzuolunmaz bir şey olduğunu anlayardıq.Bütün bu yazdıqlarımızı uzatmaq da, olar.Amma biz Xəzər MKS olaraq sizlərə hətta nəqliyyat gözləyərkən belə vaxtınızı boş keçirtməmək üçün layihə hazırladiq. Gördüyünüz bu kitablar bizim BNA-ya hədiyyəmizdir.Hansı ki, ümid edirik Sizlər bundan səmərəli istifadə edəcəksiniz.Gəlin harada olmağımızdan asılı olmayaraq kitab oxuyaq,savadımızı artıraq,dünyagörüşümüzü zənginləşdirək.Bu layihənin həyata keçirilməsində bizə köməklik etmiş hər kəsə,müdriyyətimizə,könüllülərə, Emil muəllimə təşəkkürümüzü bildirir
Foto Qalereya