Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Elanlar
12 Aprel , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yeni “Sevimli gündəliyim” layihəsinə start verib. Layihənin məqsədi oxucuların asudə vaxtlarının səmərəli keçirilməsindən və İQ səviyyələrinin yüksəlməsindən ibarətdir.

Əziz oxucularımız! Heç kəsə sirr deyil ki, bu günlər hər birimiz heç zaman alışmadığımız, içində bulunmadığımız günlər yaşayırıq. İllər sonra xatırlanacaq tarixi hadisələrin tam mərkəzindəyik. Bu çətin dönəmləri adlaya bilmək üçün biz – mədəniyyət işçiləri, kitabxana əməkdaşları sizlərə dəstək olmağa, bir-birindən gözəl, rəngarəng layihələrlə qarşınıza çıxmağa çalışırıq. Bu gun Sizlərə maraqlı bir layihəni təqdim etmək istəyirik: gündəlik tutmaq, gündəlik gördüyünüz işləri qeyd etmək, hiss ve duyğularınızı gündəliklə bölüşmək ideyası.

Gəlin düşünək, nədən gündəlik tutmalıyam. Biz Sizə bu gün gündəlik tutmaq üçün bilməli olduğunuz baslıca səbəbləri açıqlayırıq, bundan sonra tutub tutmamağa isə, dəyərli oxucularımız, özünüz qərar verin.

  1. Bütun hiss və duyğularınızı, düşündüklərinizi paylasmaq, ifadə etmək, açılmaq, ünsiyyət qurmaq üçün (xüsusən, sosial təcrid şəraitinde) gündəliklər gözəl sirdaşlardır.
  2. Gündəlik tutmaq stressi azaldir, insanı sakitləşdirir.
  3. Zamanla, getdikcə, daha gözəl cümlələr qurmaqla, zehnimiz işləyəcək və IQ səviyyəmizin yüksəlməsinə səbəb olacaq.
  4. Gündəliklər yaşadıqlarımıza uzaqdan baxmaq imkanı verməklə bərabər, əslində başımıza gələn, yaşadığınız bütün olayların içimizdə böyütdüyümüz qədər də olmadığının göstəricisidir.
  5. 5.Gündəlik tutmaqla öz yaşadıqlarınıza, etdiklərinizə kənardan baxmaq fürsəti əldə etmiş olacaqsınız. Deməli, gündəliklər daxili vicdanımızın da köməkçiləri  sayılacaqlar.

İllər keçəcək,bugünyaşadıqlarımıztarixədönəcək. Bu günlərdə qazandığımız bilik və bacarıqlarımız kimi gündəliklər də bizim yaxın dostumuza, sevimli sirdaşımıza cevrilə bilərlər. Unutmayaq ki, gündəliklərin hər hansı bir hadisənin gələcək nəsillərə çatdırılmasında, qiymətləndirilməsində çox böyük tarixi rolları olub.