Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
20 Yanvar Faciəsi
8 Aprel , 2020
Unutmayaq...Unutdurmayaq!!!...
8 Aprel Ağdaban faciəsi...
Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir. Ağdaban soyqırımı - 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Vətənimizin gözəl güşəsi - Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının "Böyük Ermənistan" yaratmaq xülyasıyla xalqımıza qarşı törətdiyi dəhşətli qırğındır. Ağdaban faciəsi bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə işgəncələr verilməsi, yurdundan didərgin salınması ilə nəticələnib. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində tamamilə yandırılıb. Kəndin 779 dinc sakininə işgəncələr verilib. Ağdaban kəndində ermənilərin həyata keçirdikləri soyqırım nəticəsində 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə isə ağır bədən xəsarətləri yetirilib. Ağdaban faciəsi torpaqlarımızın ermənilər tərəfindən işğalında ən dəhşətli qırğınlarla yadda qalan, tarixə yazılmış qanlı səhifələrdəndir. Kəndin əhalisi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən hazırlanmış pusqularda qətlə yetirilib. Kənd tamamilə yerlə-yeksan edilib, yandırılıb, viranə qoyulub...