Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
27 Aprel , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası  yazıçı, jurnalist Rizvan Fikrətoğlu ilə virtual görüş keçirib.

Müzakirə “2020-ci il - Könüllülər ili” çərçivəsində gənclərin fəaliyyəti və bu işdə kitabxanaların onlara dəstəyindən ibarət olub.

Görüş zamanı bədii ədəbiyyat və jurnalistika kimi mövzular müzakirə edilib. Onlayn müzakirə zamanı gənc jurnalist uğur və uğur psixologiyası kimi mətləblərə də toxunub.

Qeyd edək ki, o, “Ayaq səsləri” povestinin müəllifidir.

Virtual görüşdə Rizvan Fikrətoğlu  qələmə aldığı şeirlərdən bir neçəsini səsləndirib. Daha sonra izləyicilərin sualları cavablandırılıb. O, kitabxana ilə əməkdaşlıqdan xoş təəssüratlarla ayrılıb.