Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
23 Aprel , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası azərbaycanlı yazıçı, tərcüməçi, ssenarist Cəlil Cavanşirlə virtual görüş keçirib.

Cəlil Cavanşir “İtirilmiş əlyazma”, “Qadın corabları”, “Azğın”, “Daha məni xatırlama”, “Miladdan sonra”, “Sola dönmək qadağandır” və bu kimi başqa kitabların müəllifidir.

Virtual görüşdə Cəlil Cavanşir qələmə aldığı şeirlərdən bir neçəsini səsləndirib. Daha sonra izləyicilərin sualları cavablandırılıb. O, kitabxana ilə əməkdaşlıqdan xoş təəssüratlarla ayrılıb.