Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
20 Yanvar Faciəsi
17 İyul , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi cəbhə xəttində və Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələri, Milli Ordumuzun düşməni darmadağın etməsini və igid hərbi qulluqçularımızın Şəhidlik zirvəsinə ucalması xəbərlərini izləməklə yanaşı, vətənpərvərlik mövzusunu geniş auditoriyaya təbliq etmək məqsədilə internet üzərindən fəaliyyətini davam etdirir.

Bu dəfə “Müharibə” mövzusunu işıqlandıran kitabxana izləyicilərə bu mövzulu kitabların təqdimatını keçirib.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində kitabın və kitabxanaların böyük rolu var. Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası “instagram” və “facebook” hesablarında izləyicilərə aşağıdakı kitabları oxumağı və “Müharibə” mövzusuna dünya ədəbiyyatının münasibətini öyrənməyi, eyni zamanda Vətən eşqi, vətənpərvərlik duyğusu, insan yaşantıları ilə bədii söz vasitəsilə tanış olmağı tövsiyə edir:

  1. John Boyne - "Zolaqlı pijamalı oğlan"
  2. Aleksandra Kavelius - "Leyla"
  3. Anna Frank: "Sığınacaq. Məktublardakı gündəlik"
  4. Şərif Ağayar - "Arzulardan sonrakı şəhər"
  5. Jerzy Kosinski - "Boyalı quş"
  6. Uilyam Qoldinq - “Milçəklər tanrısı”
  7. Valentin Katayev - "Alay oğlu"
  8. Çingiz Aytmatov - "Erkən gələn durnalar"
  9. Markus Zusak - "Kitab oğrusu"
  10. Bertold Brext - “Kuraj ana və uşaqları”
Baxış sayı: 56