Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Şəhidlərimiz
11 Mart , 2015

Xəzər rayon MKS-i Bakı Şəhər İcra Hakimiyyətinin 24 yanvar 2011-ci il tarixli 40№-li sərəncamına və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 27 yanvar 2011-ci il tarixli 4№-li əmrinə əsasən Xəzər rayonunda yerləşən kitabxanaların bazasında yaradılmışdır.
Xəzər rayonu Binə qəsəbəsində yerləşən kütləvi kitabxana 1958-ci ildən qəsəbə kitabxanası kimi fəaliyyət göstərib. Kitabxanaya maariflənmək istəyən fəhlə, gənclər və yeniyetmələr müraciət etmişlər. Çətinliklərə baxmayaraq kitabxana öz iş prinsiplərinə əsaslanaraq qəsəbə sakinlərinin o cümlədən fəal oxucu kütləsinin diqqətində olub.

MKS-də 4şöbə fəaliyyət göstərir.
1. Elektron -informasiya xidməti və biblioqrafiya proseslərinin avtomatlaşdırması şöbəsi.
2. Kitabxanalar arası abonement şöbəsi.
3. Kitabişləmə komplketləşdirmə şöbəsi.
4. Metodiki və biblioqrafiya şöbəsi.

1969-cu ildə böyük şair M.Müşfiqin 60 illik yübileyi keçirilir və bu münasibətlə Binə qəsəbə kütləvi kitabxanasına M.Müşfiqin adı verilir. Bundan sonra kitabxana Müşfiq adına kitabxana kimi fəaliyyət göstərir. O zamandan kitabxana artıq qəsəbə sakinlərinin asudə vaxtlarının keçirilməsinə, maariflənməsinəxidmət göstərmişdir. Kitabxananın oxucuları arasında dram dərnəyinə həvəs göstərənlər də var idi. Belə ki, tanınmış Azərbaycan dramaturqlarının pyesləri səhnələşdirilərək tamaşaçılara təqdim olunmuşdur. Bundan başqa kitabxanaya görkəmli şairlərimiz yazıçılarımız da dəvət alıblar. Bu yazıçılardan: S.Rüstəmxanlı, N.Həsənzadə, Z.Yaqub, N.Kəsəmənli, Müsfiq tədqiqatçısı G.Hüseynoğlu da kitabxanamızda qonaq qismində iştirak edib, öz ürək sözlərini söyləmişlər. Binə qəsəbəsində yerləşən kitabxana 1993-cü ildə Binə İcra nümayəndəliyində yerləşdirildi.Bundan sonra kitabxa Binə qəsəbəsindəki orta məktəb şagirdlərini kitabxanaya cəlb edərək maraqlı əbədi-bədii gecələr sərgi və söhbətlər təşkil etməklə öz işini davam etdirir. Məqsədimiz əsasən məktəblilərə, gənclərə vətənpərvər hisləri aşılamaq, Azərbaycan ədəbiyyatında öz dəsti-xəttini qoymuş əvəzsiz şair və yazıçıların həyat və yaradıcılığını daha dərindən öyrənmək və onları sevdirmək idi. Kitabxana 2010-cu il dekabrın 28-nə gədər sözü gedən məkanda öz işini davam etdirdi.
Azərbaycan Respublikasında gedən iqtisadi, mədəni inkişaf biz kitabxana kollektivinin fəaliyyətində əsaslı dönüş yaratdı. Binə qəsəbəsində Heydər Əliyev fondu tərəfindən tikilmiş Binə Mədəniyyət Mərkəzinin nəzdində kitabxana üçün nəzərdə tutulan geniş yaraşıqlı otaqlarda kitabxana yerləşdirildi.Bu xeyirxah və maarifpərvər təşəbbüsünə görə biz kitabxanaçılar və bütün qəsəbə sakinləri adından Heydər Əliyev fondunun prezidenti birinci xanım Mehriban Əliyevaya öz təşəkkürümüzü bildiririk!
Bu gün kitabxananın fəaliyyətinin hərtərəfli inkişafı kitab fondunun, eləcə də oxucuların sayının20000-ə çatmışdir.Kitabxananın kitab fondu 220233 nüsxədən ibarətdir, onlardan 200564 nüsxəsi Azərbaycan şöbəsi və 17669nüsxə isə Rus şöbəsinə aiddir. Keçirilən sərgilər, mühazirələr, söhbətlər ədəbiyyatının təbliğ edilməsində mühim rol oynayır.Yeni qurum özündə Mərkəzi Kitabxana və 7 kitabxana-filialını birləşdirir:
1. saylı filial: Mərdəkan qəsəbə Mərkəzi Kitabxanası.
2. saylı filial: Pirallahı qəsəbə kütləvi kitabxanası.
3. saylı filial: Buzovna qəsəbə kütləvi kitabxanası.
4. saylı filial: Zirə qəsəbə kütləvi kitabxanası.
5. saylı filial: Türkan qəsəbə kütləvi kitabxanası.
6. saylı filial: Qala qəsəbə kütləvi kitabxanası.
7. saylı filial: C.Cabbarlı adına Şüvəlan qəsəbə kütləvi kitabxanası.