Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
6 Dekabr , 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Təşkilatı ilə birlikdə yeni vətənpərvərlik mövzusunda lahiyələrə start veriblər. Zoom platforması üzərindən ilk layihə "Şəhidlər Ölməz, Vətən Bölünməz!" olub.

Layihədə məqsəd Qarabağ müharibəsi iştirakçıları, qaziləri və şəhid ailələri ilə görüşlər təşkil etməkdir.

Tədbirdə çıxış edənlər şəhid Məmmədağa Səfərov, baş leytenant Teymur Məcidzadə və Həsənağa Şirvani haqqında xatirələrini, keçdikləri qəhrəmanlıq yolundan danışıblar və onların sücaətindən söhbət açıblar. Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Təşkilatının sədr müavini Ceyran Səttarova və sədr Fazil Orun Allahdan bütün şəhidlərimizə rəhmət diləyiblər və ruhları qarşısında baş əydiklərini vurğulayıblar.

Sonra şairə Müşfiqə Baladdinqızı özünün müəllifi olduğu "Hardasan" şeirini səsləndirib.

Şəhid Rəşid Baxışov adına 218 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aqşin Kazımov şəhidlik zirvəsi və bu zirvənin ucalığından söz açıb. Kitabxananın fəal oxucuları şeirlər səsləndiriblər.

Sonda qeyd edilib ki, bu görüşlər silsilə şəklində olacaq və məqsəd Qarabağ şəhidlərinin dünyaya tanıtmaqdır.